İnvestisiya: birja və forex
İnvestisiya: birja və forex
February 28, 2025 at 01:47 PM
Everesti fəth edən treyder: Endryu Əzizin yeni başlayanlara məsləhətləri Endryu Əzizin "Gündəlik teyderlər üçün təlimat" kitabı yeni başlayanlar üçün faydalı, peşəkarlar üçün isə maraqlı bir dərslikdir. Bəs Əzizin özü necə ticarət edir və ümumiyyətlə bu kimdir? Endryu Əziz - İran əsilli kanadalı treyderdir. İxtisasca kimyaçı (Sharif University of Technology və University of British Columbia-da təhsil alıb), ruhən isə treyderdir. Bundan əlavə, Əziz Everestin zirvəsinə qalxmış bir insandır. O, alpinistdir. Treydinqdə Əziz öz yolunu özü tapıb. "Business Insider"ə verdiyi müsahibədə o, deyib: “Mənim maliyyə, ticarət və mühasibatlıq sahələrində heç bir təcrübəm olmayıb. Mən bazarların necə işlədiyi barədə heç nə bilməyən bir adam idim". 2019-cu ildə Əzizin gündəlik qazancı $1000, əmanəti isə $50 000 təşkil edib. 2020-ci ildə o, birjaların zəif yerlərini aşkar etmək üçün alqoritmlər yaradan "Peak Capital Trading" şirkətini qurub. Əziz hələ multimilyonçu deyil və müəyyən mənada "bizim adam"dır. Buna görə də, onun kitablarını oxumaq xüsusilə maraqlıdır. Müəllif treydinqə yeni başlayanların problemlərini çox yaxşı başa düşür, çünki özü də yaxın keçmişdə bu yolu keçib. Bəs Endryu nizam-intizam, risklərin idarə edilməsi və emosiyalara nəzarət kimi keyfiyyətlərdən ibarət "centelmen dəsti"ndən başqa təcrübəsiz teyderlərə nə tövsiyə edir? 1. Partizan olun: lazımi anda peyda olun, pulu götürün və yenidən gözləmə mövqeyinə keçin. 2. Unutmayın ki, bugünkü bazarda alqoritmlər üstünlük təşkil edir. Nadir, lakin dəqiq zərbələr endirmək lazımdır. 3. İndikator göstəricilərinə sadəcə indikator göstəriciləri kimi baxın. Onların sizin yerinizə qərar qəbul etməsinə imkan verməyin. 4. Gündəlik treydersinizsə, hərəkətli səhmləri seçmək sizin üçün daha yaxşıdır. "Apple" və ya "Coca-Cola" kimi "asta" səhmlər gündəlik ticarət üçün əlverişsizdir. 5. Öz sahənizi və optimal vaxt çərçivənizi axtarıb tapın. 6. Nizam-intizam, səbir və qətiyyət sizin müttəfiqlərinizdir. Ümumiyyətlə, hər şey sizin əlinizdədir. Bunu Everesti fəth etməyi bacarmış bir insan deyir 🙂
👍 2

Comments