Azərbaycan Dəmir Yolları - ADY
February 12, 2025 at 09:23 AM
🇦🇿 Prezident İlham Əliyev ötən ay Davosda Çinin CGTN telekanalına müsahibəsində Orta Dəhliz və onun inkişafı ilə bağlı Azərbaycanın planları barədə danışıb.
“Azərbaycanın Orta Dəhlizlə bağlı mövqeyi, sadəcə, tranzit ölkəsi olmaq və tranzitdən ödənişlər almaqdan ibarət deyil. Bizim hədəfimiz özəl sektora bundan faydalanmağa kömək etmək üçün dəhlizin keçdiyi Azərbaycan ərazisində müəssisələr yaratmaqdır. ...Orta Dəhlizin Azərbaycan seqmentinin infrastrukturu təkmilləşdirilmişdir. Hazırda biz görürük ki, bu təkmilləşdirilmiş infrastruktur gələcək 3-5 il üçün kifayət etməyəcək”, - deyə ölkə başçısı bildirib.
Prezident İlham Əliyev əlavə edib ki, Azərbaycanın hədəfi ticarət limanında 15 milyon ton yükaşırma qabiliyyətinə malik olmaq idi və bu da onilliklər ərzində yetərli olardı:
“Lakin indi biz ola bilsin ki, növbəti 5-6 ildə 25 milyon ton yük qəbul etməyi gözləyirik. Beləliklə, biz hazırda dəniz ticarət limanımızın və dəmir yolu infrastrukturumuzun genişləndirilməsini maliyyələşdiririk”.
❤️
🇦🇿
2