
Xəbər Oxu
February 25, 2025 at 08:00 PM
🕯️Xocalı soyqırımından 33 il ötür
1992-ci il fevralın 25-dən 26-na keçən gecə, erməni hərbi birləşmələri və SSRİ-nin 366-cı alayı Xocalı şəhərinə hücum edərək, 613 dinc insanı, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı şəxsə qəsd edib. Bu, Azərbaycanın tarixində ən ağır və unutulmaz faciələrdən biridir. 💔
2020-ci ilin Vətən müharibəsində əldə etdiyimiz böyük zəfərlə Xocalı da daxil olmaqla, işğal altındakı torpaqlarımız azad olundu. 2023-cü ildə Xocalıya Azərbaycan bayrağı ucaldı. 🇦🇿
◾ Xocalı soyqırımı qurbanlarının xatirəsi daim yaşayacaq!
◾ Unutmayaq, unutdurmayaq!
#xocali #soyqırım #xocalıyaədalət #qarabag
😢
1