
ABB
February 20, 2025 at 12:08 PM
“G4C” xidmətini ABB Business İnternet Bankçılıq platforması üzərindən korporativ müştərilərin istifadəsinə verdik.
Bu, Bankımızın SWIFT-lə tərəfdaşlıq əsasında ölkəmizə gətirdiyi mühüm bir yenilikdir.
“G4C” xidməti vasitəsilə korporativ müştərilər ölkə xaricindən onlara başqa ölkələrin valyutalarında edilən köçürmələri İnternet Bankçılıqda izləyə, əməliyyatların statusunu mütəmadi nəzarətdə saxlaya bilirlər. ABB-nin yaratdığı bu imkana qədər yalnız ölkədən xaricə valyutada edilən köçümələri bu şəkildə izləmək olurdu.
#abbbizik #swift #g4c
❤️
👍
7