
أصول الحنبلية
February 11, 2025 at 03:23 PM
Yusuf b. Əbdulhadi əl-Hənbəli (İbnul-Mibrəd) [h. 909-da vəfat edib] belə deyib:
"Bəziləri Əhməd'in məzhəbi ilə Şafii məzhəbi arasında yalnız on altı məsələdə fərq olduğunu, başqa məsələlərdə isə heç bir ixtilafın olmadığını iddia edirlər. Bu, axmaqların fikridir və Əhməd’in məzhəbinə ehtiyac olmadığını eyham edir. Əgər bir şəxs diqqətlə araşdısa, görər ki, Əhməd'in məzhəbi Şafii məzhəbindən minlərlə məsələdə fərqlənir!
Qazi İzzəddin, Hənbəli məzhəbinin digər üç məzhəbdən fərqli olan orijinal görüşlərini ehtiva edən üç mindən çox məsələnin toplandığı məşhur bir kitab yazmışdır."
| əl-Mənkur, əl-Fəvakiuhul-Adidə, 1/52.
Bəziləri İmam Əhmədin fəqih olduğunu belə iqrar etmək istəmir. Soruşduqda, "Niyə?" Cavabən deyirlər: "O, mühəddisdir." Halbuki İmam Şafii onu fəqih görmüşdür. :)
Belə anlarda İbn Aqil əl-Hənbəli əl-Əsərinin sözü yadıma düşür:
*_"Çox qəribədir ki, bəzi cahillərin belə dediyini eşidirik: 'Əhməd fəqih deyil, sadəcə muhaddisdir.' Bu, cahilliyin son həddidir. Çünki İmam Əhməddən hədislərə əsaslanaraq çıxardığı bir çox fiqhi görüşlər nəql olunmuşdur. Halbuki onların çoxu, onun bu görüşləri necə əsaslandırdığını belə bilmirlər. Üstəlik, onun elə incə bir anlayışı var ki, biz onu digərlərində görmürük..."_*
əl-Mədxəl 106
https://whatsapp.com/channel/0029VaQTtdBBlHphBpctg12E
❤️
2