
أصول الحنبلية
February 19, 2025 at 08:48 AM
Ramazan ayının daxil olmasına sayılı günlər qaldı. Ramazana hazırlıq kitabları, Ramazanda nə etməli olduğumuz barədə video dərslər və s. kimi bir çox faydalı məlumat və qaynaqlarla tanışsınız. Mən də İmam Əhmədin (Allah ondan razı olsun) oğluna nəsihətini sizinlə bölüşürəm. Ümid edirəm ki, bu tövsiyyəyə əməl etdiyimiz müddətcə yalnız Ramazanda yox, ilin bütün aylarında mühüm qazanc əldə etmiş olarıq.
Seyidimiz Əbu Abdullah Əhməd b. Hənbəl əş-Şeybani əl-Bağdadi (Allah ondan razı olsun), özündən tövsiyyə istəyən kiçik oğlu Abdullaha (Allah ona rəhmət etsin) qızıl dəyərindəki bu sözləri hədiyyə etdi:
يَا بُنَيَّ انْوِ الْخَيْرَ فَإِنَّكَ لَا تَزَالُ بِخَيْرٍ مَا نَوَيْتَ الْخَيْرَ.
"Oğlum, (daima) xeyirə niyyət et. Çünki xeyirə niyyət etdiyin müddətcə xeyir üzrə olarsan."
Müəllif Şəmsuddin ibn Muflih əl-Məqdisi (Allah ona rəhmət etsin) bunun ardınca dedi ki:
وَهَذِهِ وَصِيَّةٌ عَظِيمَةٌ سَهْلَةٌ عَلَى الْمَسْئُولِ سَهْلَةُ الْفَهْمِ وَالِامْتِثَالِ عَلَى السَّائِلِ، وَفَاعِلُهَا ثَوَابُهُ دَائِمٌ مُسْتَمِرٌّ لِدَوَامِهَا وَاسْتِمْرَارَهَا، وَهِيَ صَادِقَةٌ عَلَى جَمِيعِ أَعْمَالِ الْقُلُوبِ الْمَطْلُوبَةِ شَرْعًا سَوَاءٌ تَعَلَّقَتْ بِالْخَالِقِ أَوْ بِالْمَخْلُوقِ، وَأَنَّهَا يُثَابُ عَلَيْهَا وَلَمْ أَجِدْ فِي الثَّوَابِ عَلَيْهَا خِلَافًا.
"Bu, çox böyük bir tövsiyyədir. Sualdan məsul olan şəxsin asanlıqla (cavab verə biləcəyi), sualı verən şəxsin isə rahat şəkildə anlayacağı və əməl edə biləcəyi bir tövsiyyədir. Bunu edən, (əməlin özünün) davamlı olmasına görə buna əməl etməyə davam etdiyi müddətcə savab qazanar. Bu vəsiyyət, istər Xaliqə, istərsə də məxluqa aid olsun, şəriət tərəfindən tələb olunan bütün qəlb əməllərinə şamil olur. Və bunun müqabilində ona savab verilir. Buna müxalif olan hər hansı bir qövlə rast gəlmədim."
كتاب الآداب الشرعية لإبن مفلح الحنبلي، ج. ١، ص. ١٠٤
Allahdan ﷻ hər daim xeyirə niyyət etməyi niyaz edirik.
https://t.me/henbelimeclisi nəqlən.