
أصول الحنبلية
February 22, 2025 at 08:59 PM
Mühəddis və fəqih ibn Həmdan əl-Hənbəli (Allah ona rəhmət etsin) avamın hər hansı bir məzhəbi təqlid etməsinin zəruri olub-olmaması barədə deyir ki:
وَفِيهِ مَذْهَبَانِ:
أَحَدُهُمَا: لَا يَلْزَمُهُ ذَلِكَ، كَمَا لَمْ يَلْزَمْ فِي عَصْرِ أَوَائِلِ الْأُمَّةِ أَنْ يَخُصَّ الْعَامِّيُّ عَالِمًا مُعَيَّنًا بِتَقْلِيدٍ.
وَالثَّانِي: يَلْزَمُهُ ذَلِكَ، وَهُوَ جَارٍ فِي كُلِّ مَنْ لَمْ يبْلُغْ رُتْبَةَ (٥) الاجْتِهَادِ مِنَ الفُقَهَاءِ وَأَرْبَابِ سَائِرِ الْعُلُومِ؛ لِأَنَّهُ لَوْ جَازَ لَهُ اتِّبَاعُ أَيِّ مَذْهَبٍ شَاءَ لَأَفْضَى إِلَى أَنْ يَلْتَقِطَ رُخَصَ الْمَذَاهِبِ مُتَّبِعًا هَوَاهُ، [وَمُتَخَيِّرًا] بَيْنَ التَّحْرِيمِ وَالتَّجْوِيزِ، وَفِيهِ انْحِلالٌ عَنِ التَّكلِيفِ، بِخِلَافِ الْعَصْرِ الْأوّلِ، فَإِنَّهُ لَمْ تَكُنِ الْمَذَاهِبُ الْوَافِيَةُ بِأَحْكَامِ الْحَوَادِثِ حِينَئِذٍ قَدْ مُهِّدَتْ وَعُرِفَتْ.
فَعَلَى هَذَا: يَلْزَمُهُ أَنْ يَجْتَهِدَ فِي اخْتِيَارِ مَذْهَبٍ يُقَلِّدُهُ عَلَى التَّعْيِينِ.
"Burada iki məzhəb (iki yol/görüş) vardır:
Bunlardan biri: buna (avamın məzhəbə tabe olmasına) ehtiyac yoxdur. Necə ki, ümmətin ilk əsrində (səhabələrin dövründə) avamın müəyyən bir alimi xas qılaraq onu təqlid etməsinə ehtiyacı yox idi.
İkincisi: bu lazımlıdır (yəni, avamın məzhəbə tabe olması zəruridir). Bu, füqəhadan və digər elmlərdən ictihad səviyyəsinə çatmayan hər kəs üçün keçərlidir. Çünki, əgər onun istədiyi məzhəbə (istədiyi mövzuda) tabe olunmasına cəvaz verilsə, bu, həmin şəxsin öz həvasına uyaraq məzhəblərin rüsxətlərini götürməyinə və halal və haram seçimləri arasında müxəyyər (ixtiyar sahibi/istədiyini seçən) olmağına səbəb olar və bu şəxsin üzərindən təklif düşər. İlk əsrə xilaf olaraq (yəni, səhabə dövründəki vəziyyət bu cür deyildi), çünki (ilk əsrdə) əhkam hədislərini ehtiva edən məzhəblər sistemləşdirilməmiş və bilinməmişdi. Buna görə də, ona (avama) lazım olan: müəyyən bir məzhəbi təqlid etməsidir."
كتاب صفة المفتي والمستفتي، ص. ٢٧٩، ٢٨٠
Aydın olur ki, məzhəbləri açıq bufetə çevirən qardaşlarımızın müəyyən bir məzhəbə tabe olmaması üçün iki səbəbdən birini özlərinə qalxan etməsi lazımdır:
1. Ya səhabə dövründə yaşadıqlarını iddia edəcəklər (məlum olacaq ki, problem onların beyin nahiyəsindədir, əqli çatışmamazlıqları var);
2. Ya da İmam Şafei kimi, İmam Əhməd kimi müctəhid olduqlarını iddia edəcəklər (məlum olacaq ki, fantaziyalara qapılıblar).
https://t.me/henbelimeclisi nəqlən.😄
😂
1