أصول الحنبلية
أصول الحنبلية
February 24, 2025 at 07:24 PM
İmam İbn Rəcəb əl-Hənbəli (Allah ona rəhmət etsin) yazır: *“Alimlər yekdilliklə qadının heyz halında olarkən, istər vacib, istərsə də müstəhəb olsun, namaz qılmasının haram olduğu qənaətindədirlər.* *_Lakin saleh sələflərdən olan bir qrup alim – əl-Həsən əl-Basri, Ata, Əbu Cəfər Məhəmməd ibn Əli və İshaq – qadının heyz zamanı namaz vaxtı daxil olduqda dəstəmaz almasını, oturub adətən o namaza sərf olunan müddət qədər Allahı zikr etməsini müstəhəb görmüşlər. Rəvayət edilir ki, səhabə Üqbə ibn Amir (Allah ondan razı olsun) qadınlara da bunu əmr edərdi.”_* “Fəthul-Bari”
❤️ 2

Comments