أصول الحنبلية
أصول الحنبلية
February 24, 2025 at 09:06 PM
> Qadınların camaat namazı Mənsur əl-Buhuti əl-Hənbəli deyir: *_"Qadının qadınlara imamlıq etməsi səhihdir. O, həmçinin belə demişdir: əgər qadınlar kişilərdən ayrı toplaşarlarsa, onların camaat namazı qılmaları müstəhəbdir. Onlardan biri imamlıq etsə də, etməsə də, fərq etməz."_* “Keşşaf əl-qina”, 1/478 _O, həmçinin demişdir:_ *_"Və qadın üçün imamlıq edərkən səfin ortasında dayanması müstəhəbdir (yəni kişi kimi irəli çıxmaması)."_* “Keşşaf əl-qina”, 1/478 İbn Qudamə deyir: *_"Əgər qadın qadınlarla birlikdə namaz qılarsa, o, onların arasında, səfin ortasında durur. Qadının qadınlara imamlıq etməsinin müstəhəb olub-olmaması barədə rəvayətlər fərqlidir. Müstəhəb olduğuna dair rəvayət var. Qadınların imamlıq etməsinə dair nəql olunanlar bunlardır: Aişə, Ümmü Sələmə, Ata, Sövri, Əvzai, Şafii, İshaq və Əbu Səvr."_* “əl-Muğni”, 2/202 > Buna dəlil isə Ümmü Vərəqənin hədisidir: *_"Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona, ev əhlinə (qadınlara) imamlıq etməyi əmr etdi."_* > Bunu Daraqutni “Namaz” kitabının “Qadının imamlığı” fəslində (1/405) rəvayət etmişdir. > Həmçinin qadınlar da cəmiyyətin bir parçasıdırlar və bu məsələdə kişilərə bənzəyirlər. Lakin azan vermələri məkruhdur, çünki bunda səsi ucaldırlar və onlar bu kateqoriyaya daxil deyillər. “əl-Muğni”, 2/202, 1/405 Daha çox insanın faydalanması üçün kanalı paylaşa bilərsiniz; https://whatsapp.com/channel/0029VaQTtdBBlHphBpctg12E

Comments