Edumap.az Təhsil Portalı
Edumap.az Təhsil Portalı
June 2, 2025 at 09:09 PM
Yeni vakansiya! Baş mühasib Vəzifə təlimatı: Müəssisənin maliyyə və mühasibat əməliyyatlarını idarə etmək, qanunvericiliyə uyğun uçot siyasətini formalaşdırmaq və tətbiqini təmin etmək. Mühasibat (maliyyə), vergi, DSMF və statistika hesabatlarını vaxtında və düzgün şəkildə hazırlamaq və müvafiq qurumlara təqdim etmək. Vergi və sosial sığorta ödənişlərinin düzgün hesablanmasını və vaxtında ödənilməsini təmin etmək. Debitor və kreditor hesablaşmalarına nəzarət etmək, borcların uçotunun düzgün aparılmasını təmin etmək. Pul vəsaitlərinin, əmtəə-maddi dəyərlərin, əsas vəsaitlərin və əmək haqqı fondunun uçotunu aparmaq və inventarizasiyasını təşkil etmək. İlkin mühasibat sənədlərinin düzgün tərtibinə və ödəniş öhdəliklərinə nəzarət etmək. Elektron qaimə-fakturaların hazırlanması və e-qaimə portallardan düzgün istifadəni təmin etmək. BTP proqramında (ƏDV, Mənfəət, Əmlak, Torpaq) hesabatların tərtib edilməsini və təqdim edilməsini təmin etmək. Şirkətin bütün maliyyə-təsərrüfat əməliyyatlarının sənədləşdirilməsinin mövcud qanunvericiliyə uyğun aparılmasına nəzarət etmək. Maliyyə və kassa intizamına, inzibati-təsərrüfat xərclərinə və digər müvafiq xərclərin düzgün uçotuna ciddi riayət etmək. Mühasibat sənədlərinin saxlanılması, çoxaldılması və müəyyən edilmiş müddətlərdə arxivə təhvil verilməsini təşkil və nəzarət etmək. Hesabların iş planını, ilkin uçot sənədlərinin formalarını hazırlamaq və təsdiqlənməsini təmin etmək. Mühasibat uçotunun səmərəli təşkili və müasir hesablama texnologiyalarının tətbiqini təmin etmək. Hotel üzrə və digər daxili maliyyə hesabatlarının hazırlanmasını və rəhbərliyə təqdim olunmasını təmin etmək.. Tələblər: Maliyyə və ya mühasibatlıq ixtisası üzrə ali təhsil; Müvafiq sahədə (mühasibatlıq/maliyyə) minimum 3-5 il iş təcrübəsi (hotel sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük verilir); Microsoft Office proqramlarında, xüsusilə Excel-də peşəkar səviyyədə işləmə bacarığı; PMS sertifikatının olması üstünlükdür; Azərbaycan Respublikasının Vergi Məcəlləsini və mühasibatlıqla bağlı yerli qanunvericiliyi yaxşı bilməli; Vergi və maliyyə hesabatlarının hazırlanması və müvafiq qurumlara təqdim olunması prosedurlarını bilməli; İşində dəqiq, məsuliyyətli olmalı və detallara yüksək diqqət yetirmə bacarığına sahib olmalıdır. Şərtlər: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; Həftədə 6 iş günü, 1 gün istirahət; Əmək haqqı: Razılaşma əsasında Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] mail ünvanına mövzu hissəsində isə “Baş mühasib” qeyd etməyiniz xahiş olunur

Comments