
Edumap.az Təhsil Portalı
June 4, 2025 at 04:39 PM
“GBL Group” QSC - gömrük təmsilçiliyi və logistika
Vakansiya: Marketinq üzrə mütəxəssis - korporativ satış dəstəyi
Vəzifə öhdəlikləri:
•Şirkətin marketinq strategiyasının hazırlanması və icrasına nəzarət;
•Mövcud müştəri bazasının inkişaf etdirilməsi və möhkəmləndirilməsi;
•Potensial müştərilərin müəyyənləşdirilməsi, logistika və gömrük xidmətlərinin müştərilərə tanıdılması;
•Müştəri ehtiyaclarının araşdırılması və yeni xidmət paketlərinin formalaşdırılması;
•Rəqib və bazar təhlili: qiymət strategiyaları və xidmət modelləri;
•Korporativ müştəri bazasının genişləndirilməsi məqsədilə PR və reklam yönümlü layihələrin hazırlanması və icrası;
•Müştəri təcrübəsini yaxşılaşdırmaq üçün strategiyaların hazırlanması;
•Şikayət və təkliflərin təhlili ilə xidmət keyfiyyətinin artırılması;
•Daxili komanda ilə sıx əməkdaşlıq: məhsul və xidmət məlumatlarının toplanması;
•Sosial media strategiyasının hazırlanması və həyata keçirilməsi (Instagram, Facebook, LinkedIn və s.);
•Satışın inkişaf etdirilməsi və partnyorluqların qurulması;
•Brendin bazarda tanıdılması və mövqeləndirilməsi;
•Sərgi, tədbir və təqdimatlarda iştirak;
•Logistika və IT komandaları ilə koordinasiya;
•Aylıq marketinq hesabatlarının hazırlanması;
•Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası.
Namizədə olan tələblər:
•İş təcrübəsi: Logistika sahəsi üzrə 3-5 il (zəruridir)
•Ali təhsil
•Azərbaycan və rus dillərində sərbəst danışıq, ingilis dili arzuolunandır
İş şəraiti:
•İş yeri: Nərimanov rayonu, Zaur Nudirəliyev, 61
•İş qrafiki: 5 günlük
•İş saatı: 09:00 – 18:00
•Əmək haqqı: 1000 AZN+bonus (cəlb edilən müştərilərə əsasən)
Müraciət üçün: Qeyd olunan tələblərə cavab verən namizədlər CV-lərini "Marketinq üzrə mütəxəssis" başlığı ilə [email protected] e-mail ünvanına göndərə bilərlər.