Edumap.az Təhsil Portalı
Edumap.az Təhsil Portalı
June 4, 2025 at 08:35 PM
Agile Project Manager vəzifəsi üzrə vakansiyanı elan edirik. Vəzifə öhdəlikləri: · Proqramlaşdırma layihələri üzrə çevik metodologiyaya uyğun olaraq bir neçə inkişaf komandasına liderlik etmək · Prosesləri asanlaşdırmaq, çarpaz funksional komandalarla əməkdaşlıq etmək və məhsulun uğurlu çatdırılmasını təmin etmək · Komandanın ehtiyaclarına uyğun olaraq zəruri resursla təmin olunduğuna əmin olmaq · Məhsul sahibləri və texniki qruplarla birlikdə “backlog” qiymətləndirilməsi, “backlog”un effektiv idarə olunması üçün üsulların müəyyən edilməsi və tətbiqi · Təkmilləşdirilməli olan sahələri müəyyən etmək üçün komandanın performans göstəricilərinə nəzarət etmək və təhlil etmək · Layihənin idarə edilməsinin bütün aspektlərini təkmilləşdirməyin yollarını təklif etmək · Çevik transformasiya prosesinə aid layihələrə rəhbərlik etmək Namizədə dair tələblər: · Ali təhsilli · Proqramlaşdırma məhsullarını “Çevik” şəkildə çatdırmaq təcrübəsinin olması · Biznes tələblərini istifadəçi hekayələrinə və tapşırıqlarına çevirmək bacarığı · İnteqrasiya layihələrində iş təcrübəsinin olması üstünlükdür · Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı) · Ünsiyyət, əməkdaşlıq və liderlik bacarıqları: funksiyalararası komandalar, maraqlı tərəflər və müştərilərlə əlaqə saxlamaq və əməkdaşlıq etmək bacarığı İş şərtləri və şəraiti: · Tibbi sığorta · Əmək haqqı – namizədin bilik, bacarıq və təcrübəsinə əsasən razılaşma yolu ilə təyin olunacaq. · Peşəkarlığın artırılması üçün kurslar Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Agile Project Manager” mövzusu altında [email protected] elektron ünvanına göndərə bilərlər.

Comments