
EduOnline.Az - Onlayn Kurs, Təhsil, Tədbir və İnkişaf Portalı
May 14, 2025 at 08:29 AM
*🔴 Sumqayıtda vakansiya*
Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsi olan Baku Steel Company Sumqayıtda yerləşən müəssisəsi üçün aşağıda qeyd edilən vakansiya üzrə namizəd qəbulunu elan edir:
Vəzifə: İstehsalatın planlanması şöbəsi - mütəxəssis
Əsas vəzifə öhdəlikləri:
· İstehsalatın texnologiyası işinin təşkili və rəhbərlik edərək məhsulun keyfiyyətini yaxşılaşdırmaq və təsdiq olunmuş texnologiyanın yerinə yetirilməsinə nəzarət etmək;
· Müəssisədə istehsalat tapşırıqlarının tərtibi, yeni texnika, texnologiyanın və yeni növ məhsulların istehsalı üçün tədbirlərin hazırlanması işində iştirak etmək;
· İstehsalat sexləri ilə birlikdə texnoloji təlimatları, texniki şərtləri, xammal və materialların sərf normasını işlənməsinə və onların yerinə yetirilməsinə nəzarət etmək;
· Standartlaşdırma və sertifikasiya işlərini təşkil etmək, müəssisədə standartlar və texniki şərtlərin tətbiqinə nəzarət etmək;
· Yeni tikilən istehsal sahələrinin qurğuların, texniki vasitələrin istismara qəbulunda, fəaliyyətdə olan istehsal növlərinin genişləndirilməsi, qurulması, inkişafı işlərində iştirak etmək;
· Texnoloji avadanlıqlarda əmələ gələn qəzaların araşdırılmasında, onların qarşısının alınması üçün tədbirlərin işlənməsində iştirak etmək;
· Zay və keyfiyyətsiz məhsul buraxılmasının səbəblərini araşdırmaq, keyfiyyətə nəzarət şöbəsi, istehsal sexləri ilə birlikdə məhsulun keyfiyyətinin yüksəldilməsi və istehsalat itkisinin azaldılması üçün tədbirlər işləyib hazırlanmasına nəzarət etmək;
· Müəssisənin sex və şöbələrinə texnoloji təlimatların və texniki şərtlərin yerinə yetirilməsi yeni texnika texnologiyaların, qabaqcıl təcrübənin və elmi tədqiqat işləri üzrə tövsiyələrin tətbiqi ilə əlaqədar məsələlərin yerinə yetirilməsinə nəzarət etmək;
· İstehsalat departamentinin qarşısında qoyulmuş vəzifə və funksiyaları yerinə yetirmək üçün zəruri olan sənədləri müvafiq struktur bölmələrindən tələb etmək;
· Sex rəhbərliyinin normativ sənədlərin tələblərini pozduqları halda, keyfiyyətsiz məhsul buraxılışının, xammal və materialların izafi sərfinin səbəblərini araşdırmaq və tədbir görülməsi barəsində rəhbərliyə təkliflər vermək;
· İstehsalın xidmət sahələrinin və sexlərin fərqlənmiş işçilərinin mükafatlandırılması barəsində təkliflər vermək.
Tələblər
· Ali təhsil
· Minimum 1 il iş təcrübəsi (istehsalat təcrübəsi üstünlükdür)
· ISO 9001(Keyfiyyət idarəetmə sistemi) standartı barədə ümumi məlumatlı olması
· İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
· Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı
İş şəraiti:
5 günlük iş qrafiki
Nahar şirkət tərəfindən təmin olunur
İş yeri: Sumqayıt şəh,
Müraciət üçün CV-lərinizi mövzu hissəsində müvafiq vakansiya adını qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.
📢 *Sumqayıt ilə bağlı digər bu kimi faydalı elanlar, vakansiyalar, təcrübə proqramları, tədbirlər, layihələr barədə xəbərdar olmaq üçün WhatsApp və Telegram kanallarımızı izləyə və qruplarımıza üzv ola bilərsiniz:*
🟢 WhatsApp Kanalımız: https://whatsapp.com/channel/0029VaCpVIEAjPXJt7vv8k1e
🟩 WhatsApp Qrupumuz: https://chat.whatsapp.com/HSSgVJ5C6bvLeC7qMqMvrw
🔵 Telegram Kanalımız: https://t.me/sumqayitToBa
🟦 Teleqram Qrupumuz: https://t.me/sumqayitli
❤️
1