
Xəbər Oxu
June 7, 2025 at 12:59 PM
Vladimir Leninin Qırğızıstanın Oş şəhərinin mərkəzi meydanında yerləşən və dünyada SSRİ qurucusunun ən böyük heykəllərindən biri hesab edilən abidəsi sökülüb.
Qeyd olunur ki, 1975-ci ildə ucaldılmış və 25 metr hündürlüyə malik nəhəng heykəl şəhər meriyasının qərarı ilə götürülüb.
Heykəlin başqa yerə köçürüləcəyi və ya tamamilə söküləcəyi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
