Kənd Təsərrüfatı Nazirliyi
Kənd Təsərrüfatı Nazirliyi
May 23, 2025 at 03:34 PM
✅ Azərbaycandan xarici bazarlara pomidor ixracının həcmi və dəyərində artım müşahidə olunub. ✅ Bu ilin ilk dörd ayı ərzində ölkəmizdən xarici ölkələrə 60 148,1 ton həcmində, ümumilikdə 74 732,0 min ABŞ dolları dəyərində pomidor ixrac edilib. ✅ Yanvar-aprel aylarında həyata keçirilən pomidor ixracının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 15,3%, dəyəri isə 5% artıb. ✅ Azərbaycandan xarici ölkələrə əsasən istixana şəraitində yetişdirilən pomidor sortları ixrac olunur. ✅ İstixana təsərrüfatlarına marağın artması və istixanaların sayının çoxalması ixracın artmasına təsir edən əsas amillərdəndir. ✅ Xarici bazarlara pomidor ixracı intensiv şəkildə davam edir. https://www.facebook.com/share/p/15G9HqRXpZ/?mibextid=wwXIfr
👍 ❤️ 9

Comments