Kürd Media Mərkəzi / Kurdish Media Center
Kürd Media Mərkəzi / Kurdish Media Center
May 23, 2025 at 01:00 PM
Azərbaycanın Kürd İcması Azərbaycanın Talış İcmasının təşkilatçılığı ilə keçirilən "Talış folkloru konsertində" iştirak edib. 21 may 2025-ci ildə Bakı şəhərində yerləşən Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən "Talış folkloru konserti" talış folklor tədqiqatçısı Fərbiyə Şabanovanın 85 illik yubileyinə və onun yaratdığı "Əvəsor" folklor qrupunun 60 illiyinə həsr olunub. Təşkilatçılar və qonaqlar, həmçinin müxtəlif xalqların, etnik qrupların və dini icmaların nümayəndələri çıxış edərək öz təbriklərini və arzularını ifadə ediblər. Tədbirin bədii hissəsində “Əvəsor”, “Hovəli”, “Nənələr”, “Babalar”, “Rəfte”, “Halay” folklor qrupları çıxış ediblər. Sonda folklor tədqiqatçısı Fərbiyə Şabanova çıxış edib, tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib. Konsertin təşkil olunması Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Mədəniyyət Nazirliyi və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə həyata keçirilib. https://youtu.be/kEq7fJzKxuY?si=c38vZ0Lleg9bC2Q2
❤️ 1

Comments