Kürd Media Mərkəzi / Kurdish Media Center
Kürd Media Mərkəzi / Kurdish Media Center
May 26, 2025 at 07:26 AM
TÜRKİYƏ KANALLARINDAN BİRİ "FAKE" XƏBƏR YAYIB - DİQQƏTLİ OLUN! Türkiyədə fəaliyyət göstərən BPT internet xəbər portalının Azərbaycan xidməti "fake" xəbər yayıb. Belə ki, BPT Azərbaycan 7 may 2025-ci il tarixində Instagram sosial şəbəkəsində onlara məxsus olan @bpt_aze hesabı vasitəsilə "X" sosial şəbəkəsində təqribən 1 il öncə @Kurdistan_C hesabından paylaşılmış, özündə müxtəlif millətlərin yaşadığı ərazi areallarına görə parçalanmış halda olan Azərbaycan Respublikasının dövlət xəritəsini ehtiva edən foto paylaşıb. BPT AZE iddia edib ki, Azərbaycan Respublikasının parçalanmış xəritəsini "X" sosial şəbəkəsində paylaşan @Kurdistan_C hesabı Kürdüstan Regional Hökumətinin rəsmi səhifəsidir. Kürd Media Mərkəzi olaraq əsas məqsədlərimizdən biri kimi dezinformasiya ilə mübarizəni əsas tutaraq xəbəri təkzib edir və bildiririk ki, Kürdüstan Regional Hökumətinin "X" sosial şəbəkəsində yeganə rəsmi səhifəsi @KurdistanRegion hesabıdır. Əlavə olaraq hazırki Prezident Neçirvan Bərzaniyə məxsus @IKRPresident və Baş nazir Məsrur Bərzaniyə məxsus @masrourbarzani hesabları da Kürdüstan Regional Hökumətinin rəsmi mövqeyini əks etdirir. Kürdüstan Regional Hökumətinin rəsmi mövqeyini, açıqlamalarını izləmək istəyən izləyicilərə sadalanan üç hesabdan başqa digər istifadəçilər tərəfindən açılmış şəxsi hesablara güvənməməyi tövsiyə edirik. Kürdüstan Regional Hökuməti və Azərbaycan Respublikası ikitərəfli, qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrinə malik ölkələrdir. BPT AZE hesabına nəzər yetirilərkən hesabın Azərbaycan dilində xəbərlər paylaşmasına baxmayaraq Türkiyə Respublikası ərazisindən idarə olunduğu, eləcə də hesabda digər dezinformativ xarakterli məlumatların paylaşılması faktları müəyyən edilmişdir. Maliyyələşmə mənbələrini gizli saxlayan BPT kanalının xarici ölkə ərazisindən Azərbaycanın izləyici kütləsinə xitabla təqribən 1 il öncə hansısa şəxsi hesabdan edilmiş anti-Azərbaycan xarakter daşıyan paylaşımı yenidən gündəmə gətirməsi və həmin şəxsi hesabı Kürdüstan Regional Hökumətinin rəsmi səhifəsi kimi qələmə verməsi Azərbaycanda ictimaiyyəti çaşdırmağa yönəlmiş, reallığı əks etdirməyən məlumat yaymaqla milli zəmində ədavət və təxribat yaratmaq, yüksək tempdə inkişaf edən Azərbaycan və Kürdüstan əlaqələrinə zərbə vurmaq cəhdlərindən başqa bir şey deyildir. 1 il öncəki həmin paylaşımın yenidən paylaşılmasının mətbuatda Azərbaycanın Kürdüstanda konsulluq açması haqqında xəbərlərinin yayılması ilə eyni vaxta düşməsi təsadüfi deyildir. Qeyd etdiyimiz nüanslar göz önündə saxlanıldıqda BPT AZE kanalının bu xəbəri yoxlamadan və ya yalnışlıqla deyil, məqsədli şəkildə paylaşması ehtimalı ön plana çıxır. Qarşı tərəfdən açıqlama gözlədiyimizi bildirir və səsləndirəcəkləri arqumentləri dinləməyə hazırıq. Eyni zamanda qarşı tərəfə "Media haqqında" Azərbaycan Respublikası Qanununun 11, 14 və 16 nömrəli maddələrini, "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun 33.2 nömrəli maddəsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 281.1, 283 nömrəli maddələrini xatırlatmağı faydalı hesab edirik. https://youtube.com/shorts/R54YQkHNEJo?si=TCT9vWPnAQtGP4FO
❤️ 1

Comments