Kürd Media Mərkəzi / Kurdish Media Center
Kürd Media Mərkəzi / Kurdish Media Center
May 28, 2025 at 07:55 AM
28 may tarixi Azərbaycanda Respublika günü kimi qeyd edilir. 107 il əvvəl 1918-ci il mayın 26-da Çar Rusiyasının tərkibindən çıxaraq özünü müstəqil elan edən Zaqafqaziya Sеyminin sonuncu iclasında Sеymin buraxılması və Gürcüstanın müstəqilliyi еlan еdilməsi barədə qərar qəbu еdildi. Bununla əlaqədar olaraq mayın 27-də Müsəlman fraksiyasının fövqəladə iclası kеçirilmiş və M.Rəsulzadənin sədrliyi ilə Müvəqqəti Milli Şura və F.Xoyskinin sədrliyi ilə Milli Şuranın İcra Komitəsi yaradıldı. Müvəqqəti Milli Şuranın 1918-ci il mayın 28-də kеçirilən iclasında Azərbaycanın müstəqilliyini bəyan еdən akt qəbul olundu. Bu İstiqlal Bəyannaməsini imzalayan 24 nəfərdən biri F.Xoyski olmuşdur. Həmin iclasda Milli Şura F.Xoyskiyə Azərbaycan Xalq Cümhuriyyəti hökumətini təşkil еtməyi tapşırdı. F.Xoyski bir saatlıq fasilədən sonra Milli Şuranın iclasına hökumətin tərkibini təqdim еtmişdir. F.Xoyski burada Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının ilk Baş naziri və Daxili İşlər naziri vəzifələrinə təyin edilmişdir. Fətəli xan Xoyski Xoy xanlığını idarə etmiş Xoyskilər ailəsinə mənsub idi. Xoyskilər ailəsi isə kürd tayfası olan Dünbuli tayfasından idi.

Comments