
Oyunun Tempi | Futbol Yayımları
June 7, 2025 at 11:10 AM
*🇵🇹🐐🗣️ Cristiano Ronaldo Lamine Yamal, yeni klubları ilə bağlı şayiələr və Lionel Messi haqqında danışıb:*
> "Lamine Yamal çox yaxşı çıxış edir, istedadından faydalanır. Uşağa böyümək imkanı verin, üzərinə həddindən artıq təzyiq qoymayın. Qoy rahat böyüsün, təzyiqi götürün. Onun istedaddan əskikliyi yoxdur. Çoxsaylı dəvət və təkliflər alsam da, FIFA Klublararası Dünya Kubokunda iştirak etməyəcəyim demək olar, artıq qərara alınıb. Danışıqlar, təmaslar olub, amma qısa, orta və uzun müddətli planları düşünmək lazımdır. Mentalitetim gündən–günə yaşamaqdır. O qədər də uzun illərim qalmayıb, amma anın dadını çıxarıram. Təqaüd üçün konkret gün müəyyənləşməyib. Özümü xoşbəxt hiss edirəm, futbolu bəyəndiyim günə qədər buradayam. Təbii ki, Lionel Messi üçün məhəbbətim var. 15 ildir eyni səhnəni paylaşırıq. Qalalarda ingiliscəsi zəif olduğu üçün onun üçün tərcümə etdiyimi xatırlayıram. O, həmişə mənə yaxşı münasibət göstərdi və hörmət etdi".

❤️
👍
❤
🐐
👏
😢
🪧
43