Kitab
Kitab
June 3, 2025 at 11:12 AM
#səssizsətirlər *"Həqiqətin yansıması "* Yenə yuxumu reallıqdan ayıra bilmədiyim, röyaların içində qeyb olduğum anlara daxil olmuşdum. Həyatımın əksik parçaları sanki bu qırıq aynada gizliydi. Yansımamla ilk qarşılaşanda heyrətə qapılmışdım. Güzgünün bulanıqlığı, qədimiliyi və başqa bəhanələrlə özümü ovutmağa çalışsamda mən gerçəkləri qəbullanmaq zorundaydım. Hansı ki onlar yalnızca keçmiş və gələcəkdən ibarət deyil, yaşadığım hər saniyə idi. Bir yarış içərisindəydim tək və ən güclü rəqibim vardı :oda məndim. Öz zehnim və ruhum məni məğlub etmək üzərəydi. Bəlkə də yaşanmışlıqları geridə qoymazdan əvvəl onlarla üzləşmənin zamanı çoxdan gəlmişdi. Hətta mən bu addımı atmaq üçün gecikmiş belə ola bilərdim. İndi isə olacaqları həqiqətin yansıması qərar verəcəkdi... " 𝑺𝑰̇𝑴𝑼𝑹𝑸 "
Image from Kitab: ✨<a class="text-blue-500 hover:underline cursor-pointer" href="/hashta...
❤️ 👍 🤍 💙 😢 😮 🇵🇸 🖤 🩷 79

Comments