Kitab
Kitab
June 5, 2025 at 03:21 AM
#səssizsətirlər *Dayanmayan qatar* +Yorğunsan? — Həmişə. Amma bəzən yorğunluğun da səsi olur, elə bil indi o səs bu qatarın təkərlərinə qarışıb… (Pəncərədən süzülən günəş işığı üzünə düşürdü. Gözlərini yumdu, sanki bu işıq onu uzaqlara aparırdı.) +Nə düşünürsən? — Gedənləri. Gedənlər həmişə bir iz buraxır. Amma ən ağır olan, o izin getdikcə silinməsidir… (Qatar asta-asta irəliləyirdi. Hər stansiya bir vidalaşma kimiydi. Bir tanış mənzərə arxada qalır, bir yad mənzərə yaxınlaşırdı.) +Geri dönmək istərdin? — Dönməyə yer yoxdu. Çünki bəzi yollar geri dönüş tanımır. (Sükut. Yalnız tək-tük sərnişinlərin pıçıltısı və qatarın ritmik səsi eşidilirdi.) +Bəs irəli getmək? — İrəlidə nə var bilmirəm. Amma bəzən bilinməzlik insanı daha çox qorxudur. (Pəncərədən görünən ağaclar sürətlə geridə qalırdı. Sanki hər şey tələsirdi. Bir tək o, yerində donub qalmışdı.) +Bəlkə də dayanmaq lazım deyil. — Bəlkə də… Amma yorğun adamlar dayanmaq istəyir. Çünki bəzən dayanmaq da bir cəsarətdir. (Bir müddət heç nə demədilər. Günəş artıq batmağa yaxın idi. Kölgələr uzanırdı.) +Sən nə istəyirsən? — Bir dəfə də olsa, mənim üçün dayansın bu qatar. Heç olmasa bir anlıq… *Amma qatar dayanmadı. Çünki bəzi yolların sonu olmadığı kimi, bəzi qatarlarda yalnız öz yolunu tanıyır.* "𝑺𝑰̇𝑴𝑼𝑹𝑸" *Sabahınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz*🌤️
Image from Kitab: ✨<a class="text-blue-500 hover:underline cursor-pointer" href="/hashta...
❤️ 👍 😢 🖤 🤍 🩷 🫠 🥺 122

Comments