
Kitab
June 5, 2025 at 09:44 AM
Uşaqlarınızı Ədəbiyyatdan və Fəlsəfədən Qoruyun!
Bəli, bu fəlakətə vaxtında "dur!" demək lazımdır. Uşağınız ədəbiyyata maraq göstərirsə, dərhal tədbir görün. Dostoyevski oxumağa başlayıbsa — artıq çox gec ola bilər...
Əvvəlcə hər şey sadə görünür: bir şeir, bir aforizm, bir neçə Nietzsche sitatı... Sonra baxırsan ki, uşaq artıq "mən kiməm?" sualını verməyə başlayıb. Dərslərdən daha çox öz varlığını sorğulayır.
Ən təhlükəli mərhələ isə budur: əgər "bəlkə də mən də bu dünyanı dəyişə bilərəm" cümləsini eşidirsinizsə, artıq fəlsəfə virusu tam yayılıb deməkdir.
Unutmayın ki, bir çox məşhur "problemli" şəxs məhz bu yolla başlayıb:
Karl Marx? → Ədəbiyyat və hüquq oxudu.
Che Guevara? → Pablo Neruda oxuyurdu.
Mahatma Gandhi? → Tolstoy heyranı idi.
Səttarxan? → Məclis açmaq istədi. Kitab oxuyub sakit dursaydı, bu günkü halımız belə olmazdı.
Ədəbiyyat insanı hiss etməyə, fəlsəfə isə düşünməyə vadar edir. İkisi birləşəndə ortaya çıxan bu duyğulu, düşüncəli insan modeli sistem üçün çox təhlükəlidir.
Ən gözəli nədir bilirsiziniz?
Sual verməyən, itirdiyi mənanı axtarmayan, sadəcə proqram kimi işləyən bir övlad.
💡 Ona görə də: Uşaqlarınıza nə qədər tez "oxuma, ağlın qarışar!" deyə təlqin etsəniz, bir o qədər başınız rahat olar.
Yoxsa sabahları çay süfrəsində oturub "insanlar niyə bir-birinin gözlərinə baxmır? Niyə hamı telefonuna baxır? Həyat bu qədər mənasızdır?" deyən probleminiz olar.
Vallahi, elə bir hal olur ki, səhər yeməyini belə sakit yeyə bilməzsiniz.

👎
👍
❤️
🤨
❤
😂
🙄
1⃣
👏
🌷
80