
Kitab
June 7, 2025 at 07:49 AM
✨#səssizsətirlər
"O yerdən başla"
+Bura çox qaranlıqdır...
— Amma qaranlığın içində qəlbinin görə bildiyi bir işıq var.
+Səssizlik danışmaqdan daha ağırmış...
— Çünki sükut bəzən insanın içində gizlənən hisslərin səssiz sədası olur.
+Mən burda gizlənmirəm... sadəcə yox oluram.
— Gizlənmək qorxunun, yox olmaq isə inamsızlığın dilidir. Amma sən hələ danışırsan. Bu, yaşamaqdır.
+Bilmirəm, çıxsam nə dəyişəcək...
— Heç nə dəyişməyə bilər. Amma sən dəyişəcəksən. Bu kifayətdir.
+ Bəzən çıxmaq istədiyim yerə geri qayıtmaqdan qorxuram.
— Onda çıxmağı seç, qayıtmağı yox. Seçimlər səni qorxutmasın. Onlar azadlığın qapısıdır.
+ Əlimi uzatsam, sarsılaram deyə qorxuram...
— Amma uzatmasan, çürüyərsən. Qorxu sarsıdır, amma ümidsizlik öldürür.
+ Bəs tutduğun əli buraxsan?
— Mən buraxmaram. Amma sən inamını buraxsan, heç kim tuta bilməz.
+ Burdan çıxmaq üçün nə etməliyəm?
— O yerdən başla... Qaranlıqda qaldığın yerdən. Ən çətin yerdən. Ən çox ağrıyan nöqtədən.
(Və o titrəyən əl, illərlə susan bir ruhun ilk kəlməsi oldu...)
Çünki çıxış yolları görünməz olmur. Sadəcə qorxan gözlər görməməyə qərarlıdır...
"𝑺𝑰̇𝑴𝑼𝑹𝑸"

❤️
👍
❤
🥹
🥺
🥲
❤🩹
😢
🩷
❌
77