Kitab
Kitab
June 7, 2025 at 04:29 PM
#səssizsətirlər *“Yağışın arxasındakı mən”* +Sən niyə daim gedirsən? – Qalmaq mənim təbiətimə ziddir. +Bəs yağış? – O da gedir... amma iz buraxır. +Göz yaşların bu şüşəni buğulayıb sanki. – Bu, içimin qopan fırtınasının izidir. +Üşüyürsən? – Bilmirəm… bəlkə də ruhum islanıb deyə titrəyirəm. +Küskünlük belə səssizmi yağar? – Elə sükuta qərq edir ki… istəyirsən qışqır, yenə də heç kim eşitmir. +Bəs sən? – Mən… yağmuram. Göz yaşıyla qarışıq, sükutla yoğrulmuş… +Güclü duruş deyirdin… – Küləyə qarşı dayanmaq deyil o. Küləklə birgə yeriyə bilməkdir. +Kiminsə şüşəsinə iz buraxmaq istəyirsən? – Yox… sadəcə baxanda hiss etsinlər istəyirəm. Sözlərimi deyil, yoxluğumu eşitsinlər. +Hansı səssizliyin səsini daşıyırsan? – Yarım qalmış vidalaşmaların… və bir də görünsün deyə yox olduğum susqunluqların… Çünki bəzən bir şüşənin arxasındakı siluet, illərlə çəkilən bir yoxluğun şəklidir. Və bəzən insan, ən çox səsini deyil… yoxluğunu eşitdirər. "𝑺𝑰̇𝑴𝑼𝑹𝑸"
Image from Kitab: ✨ <a class="text-blue-500 hover:underline cursor-pointer" href="/hasht...
❤️ 👍 ❤‍🩹 💔 🤍 😢 🩷 6⃣ ❤️‍🩹 105

Comments