Kitab
Kitab
June 8, 2025 at 10:49 AM
#səssizsətirlər *Qələmin son sözü* Sanki cümlələr əlindən bir sabun kimi sürüşüb qaçır, sönməyə hazır bir şam kimi əriyib bitirdi. Hər dəfə kağıza toxunan qələmin ucundan yalnız sükut axırdı. Sözlər, bir zamanlar onun dostları, indi yad kimi uzaqda dayanmışdılar. Amma o, səssizliyiylə duyurmaq istəyirdi içindəki acıları. Çünki bəzən sözlər belə kifayət etmirdi. Kağıza baxdı, boşluq onu çağırırdı. Amma bu dəfə o boşluğa boyun əymək niyyətində deyildi. Qələmini bərk tutdu, sanki hər şeyi yenidən başlamaq üçün külə dönməyi gözləyən bir alov parçası idi. Ya da külək tərəfindən məcbur edilib səmaya savrulan kül parçaları kimi hiss edirdi özünü. Hər bir kül parçası bir zamanlar var olan, lakin indi yalnız iz qoya bilən bir keçmişin qalıqları idi.Amma o, kül olmaqla bitəcəyinə inanmadı. Bu kül parçaları bir yerə toplaşıb, yenidən doğulacaq bir hekayə yaratmalı idi. Gözlərini yumdu və dərin bir nəfəs aldı. Qələmini kağıza toxundurdu, lakin ani bir hadisə baş verdi. Qələm öz-özünə hərəkət etməyə başladı. Barmaqlarının izni olmadan, içindəki sözlər öz yollarını tapmışdılar. Qara mürəkkəb kağız üzərində qəribə bir naxış yaratdı. Yazı tamamlandıqda, o, qorxu və heyrətlə dolu gözlərlə baxdı. Kağızda yalnız bir söz yazılmışdı: "Son." Bir külək qapını açaraq kağızı havaya sovurdu. O, sakitcə qələmini masanın üstünə qoydu və pıçıldadı: *"Bəlkə də bu, yalnız bir başlanğıcdır."* "𝑺𝑰̇𝑴𝑼𝑹𝑸"
Image from Kitab: ✨<a class="text-blue-500 hover:underline cursor-pointer" href="/hashta...
❤️ 👍 🌟 🌹 🙃 🫶 🌞 💕 157

Comments