
Kitab
June 12, 2025 at 08:17 AM
✨#səssizsətirlər
*Dalğalarla Yazılmış Həqiqət*
+Bu səhifə niyə boşdu?
— Çünki bəzi sətirlər qəlbin ən sakit guşəsində yaranar, kağıza köçməyə cəsarət etməz.
+Amma sən həmişə yazırdın...
— Yazırdım. İnsan bildikcə yaza bilir. Hiss etdikcə isə susmağa başlayır.
+Bəs o çiçəklər?
— Onlar solmaq üçün buradadır. Mən isə yaşamadığım duyğuları yenidən yaşamaq üçün.
+Dəniz səni dinləyirmi?
— Dəniz dinləmir, o məni udur. Zehnindəki düşüncələri saxlayır, dalğa-dalğa geri qaytarır.
+Sən sahilə yazmaq üçün gəlmisən?
— Xeyr. Mən keçmişdəki ağrılarım üçün gəlmişəm.
+Və yenə yazmırsan?
— Yazmıram, çünki bəzi cümlələr yazıldıqda ölür. Onlar yalnız yaşandıqda sağ qalır.
+Bəs bu dəftərin taleyi?
— O, sonsuz susqunluğun şahididir. Və bəlkə də, gələcəkdə biri onu açacaq... amma içində məni tapa bilməyəcək.
+Çünki sən artıq yoxsan?
— Xeyr... çünki mən bu dəftərdə heç vaxt olmamışam.
Dalğalar qayıtdı. Qumda qalan addım izlərini sildi. Amma dəftərin açıq səhifəsində, heç kimə görünməyən bir cümlə yazılmışdı — ruhun öz dilində...
*“Bəzən yazmadığımız bir cümlə, yaşadığımız ən böyük hekayəyə çevrilir.”*
~𝑺𝑰̇𝑴𝑼𝑹𝑸

❤️
👍
❤
🌊
🖤
🥲
🩷
✨
🍷
💕
66