أصول الحنبلية
أصول الحنبلية
June 4, 2025 at 08:04 PM
Ərəfə gününün sübh namazından başlayaraq təşriq günlərinin sonuncu gününün əsr namazına qədər camaatla qılınan fərz namazlardan sonra məhdud (namaza bağlı) təkbirləri demək sünnətdir. Təkbirlərin ikili şəkildə deyilişi belədir: اللّٰهُ أَكْبَرُ اللّٰهُ أَكْبَرُ، لَا إِلٰهَ إِلَّا اللّٰهُ، وَاللّٰهُ أَكْبَرُ اللّٰهُ أَكْبَرُ، وَلِلّٰهِ الْحَمْدُ Allahu Əkbər Allahu Əkbər, Lə iləhə illəllah, Vallahu Əkbər Allahu Əkbər, və lilləhi’l-həmd. Şeyx Mənsurun “əl-Kəşşaf” adlı əsərində qeyd etdiyi kimi, bu təkbirlər istiğfardan və “Allahummə əntə's-sələm...” sözündən əvvəl deyilir. Əgər bir şəxs məhdud təkbirləri unutsa, dəstəmazı pozulmamışsa, məsciddən çıxmamışsa və ya uzun bir fasilə olmamışsa geri dönərək onları qəza edər. Lakin əgər dəstəmazı pozulubsa, məsciddən çıxıbsa və ya uzun bir fasilə keçibsə, artıq təkbir gətirməz. Çünki bu halda o məkanın hökmü əldən çıxmış bir sünnət sayılır. https://whatsapp.com/channel/0029VaQTtdBBlHphBpctg12E
👍 😢 3

Comments