
Edumap.az Təhsil Portalı
June 13, 2025 at 10:45 AM
"Aqroservis"Açıq Səhmdar Cəmiyyətinin Coğrafi İnformasiya Sistemləri və Layihələrin İdaredilməsi Mərkəzinə Suvarma sistemləri üzrə mühəndis
vakansiyasına namizədlərin axtarışındayıq!
Təsvir:
· Suvarma sistemlərinin inşası zamanı tələb olunan normativ sənədlər toplusunun hazırlanmasını və onların icra metodikasını bilməlidir;
· Suvarma sistemlərinə, nasos stansiyalarına texniki tapşırıqların BOQ-ların hazırlanmasını bilməlidir;
· Təsərrüfatlarda, iş yerlərində işlərin təhlükəsiz təşkili qaydalarını bilməlidir;
· Pivot yağışyağdırma qurğuları, damcılarlasuvarma sistemləri, nasos stansiyalarının boru xətlərinin layihələndirilməsi, tikintisi və müəllif nəzarəti qaydaları haqqında anlayışları olmalıdır.
Namizədə dair tələblər:
· Tələb olunan ixtisas üzrə ali təhsil;
· Müvafiq sahə üzrə təcrübə müddəti 3 ildən yuxarı;
· Komputer proqramları biliyi (MicroStation V8i, AutoCad, MSSU, SasPlanet, Terra Model, NanCat);
· Normativ sənədlərlə işləmə və onların tərtib edilməsi üzrə iş təcrübəsi (İN və Q, AzDTNvə s);
· Ezamiyyələrdə iştirak etmək imkanı;
· Azərbaycan dilini əla bilməli, ingilis və rus dilləri arzu olunandır;
· Məsuliyyətlilik, operativlik, diqqətcil, ünsiyyət bacarığı,problem həll etmə;
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
· Komanda ilə işləmək bacarığı;
· Analitik təhlil;
· Dəqiqlik;
· Gərgin iş qrafikinə uyğunlaşma bacarığı.
İş qrafiki:
· Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir.
· Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
· Əmək haqqı müsahibə əsasında təyin olunur.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsinə “Suvarma sistemləri üzrə mühəndis” yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər.