Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
June 4, 2025 at 01:22 PM
🔹 Cenevrədə Beynəlxalq Əmək Konfransının 113-cü sessiyası keçirilir. Sessiyada çıxış edən Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, son illər ölkəmizdə 4 milyon vətəndaşı əhatə edən 5 böyük sosial islahat paketi icra olunub, minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə artırılıb. Orta aylıq pensiya və orta aylıq əməkhaqqında əhəmiyyətli artımlar baş verib, müavinət və təqaüdlərə ayrılan vəsaitin həcmi 5 dəfə artırılıb.📈 ℹ️ Nazirliyin 159 xidmətindən 150-dən çoxunun tam elektronlaşdırıldığı, onlardan 60 xidmətin proaktiv təqdim olunduğu, Nazirlik üzrə elektronlaşma səviyyəsinin 95 faiz təşkil etdiyi bildirilib. ↪ https://sosial.gov.az/.../nazir-anar-eliyev-beynelxalq... #əəsmn #ilo
👍 ❤️ 71

Comments