
OBA MARKETLƏR ŞƏBƏKƏSİ
May 31, 2025 at 03:39 PM
“OBA” marketlər şəbəkəsi 1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə Azərbaycan Uşaq Fondu və “Orvita” Psixologiya və Reabilitasiya Mərkəzi ilə birgə “Uşaqlar gülsün deyə” sosial layihəsini həyata keçirib.
Layihə çərçivəsində autizm spektrli uşaqlara ərzaq və rəngləmə dəstləri təqdim olunub, onlar üçün maraqlı və əyləncəli gün təşkil edilib. “OBA” əməkdaşları uşaqlarla birgə oyunlar oynayıb, musiqili və rəqs dolu anlar yaşadaraq onlara xoş xatirələr bəxş ediblər.
Qeyd edək ki, “OBA” marketlər şəbəkəsi korporativ sosial məsuliyyətə önəm verir və bu kimi layihələri mütəmadi olaraq həm paytaxtda, həm də regionlarda həyata keçirir.
👍
❤️
😢
🙏
43