Edumap.az Təhsil Portalı
Edumap.az Təhsil Portalı
June 14, 2025 at 07:08 PM
İş barədə məlumat Matketinq rəhbəri Şirkət haqqında qısa məlumat: Biz, “Baku Elektrik”MMC - ELEKTRO MALL, işıqlandırma və texnoloji həllər sahəsində fəaliyyət göstərən, dinamik inkişaf edən bir komandayıq. Missiyamız – innovativ məhsul və xidmətlərlə müştərilərimizin həyatını daha işıqlı və rahat etməkdir. Artan layihələr portfelimiz və genişlənən bazar imkanlarımız səbəbilə komanda ruhunu formalaşdıra biləcək təcrübəli və nəticəyə fokuslanan bir Marketinq Rəhbəri axtarırıq. - Vəzifənin məqsədi - Marketinq komandasına rəhbərlik etmək, brendin inkişafını təmin etmək və şirkətin satış hədəflərinə töhfə verən effektiv marketinq strategiyalarını qurmaq. Əsas vəzifə və məsuliyyətlər: - Şirkətin marketinq strategiyasını hazırlamaq və icra etmək - Brendin tanıtımı və mövqeləndirilməsi üzrə fəaliyyətlərə rəhbərlik - Rəqəmsal marketinq (sosial media, e-mail marketing və s.) proseslərinin idarə olunması - Kampaniyaların planlaşdırılması, icrası və performans analizləri - Komandanın idarə olunması, motivasiya və inkişaf etdirilməsi - Təchizat və satış komandaları ilə sıx əməkdaşlıq - Marketinq büdcəsinin hazırlanması və idarə olunması -Rəqib analizləri və bazar araşdırmaları aparmaq - Aylıq və rüblük hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması. - İş yeri: Bakı - İş rejimi: Tam ştat, 6 günlük iş həftəsi 10:00-dan, 18:00-dək - Vəzifə səviyyəsi: Yuxarı menecment - Əməkhaqqı: Müsahibə əsasında (rəqabətli) - Ünvan: Əhməd Rəcəbli küç 1/25, Çinar Park Plazanın 1-ci mərtəbəsi. Namizədə tələblər - Marketinq sahəsində minimum 3 il rəhbərlik təcrübəsi - Marketinq strategiyası qurmaq və komanda idarə etmək bacarığı - Rəqəmsal platformalar və alətlərlə işləmə bacarığı - Analitik düşüncə və nəticəyönümlü yanaşma - Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı - Komandada liderlik ruhu, təşəbbüskar və kreativ olmaq - Ali təhsil (marketinq, biznesin idarə olunması və ya oxşar sahələr üstünlükdür) - Azərbaycan dilini sərbəst, rus və ingilis dili bilikləri arzuolunandır. - Şirkətimizin sizə təklif etdiyi imkanlar - Stabil iş mühiti və professional komanda - Yaradıcı azadlıq və yeniliklərə açıq mühit - Şirkət daxili inkişaf imkanları və təlimlər - Real nəticələrə əsaslanan dəyərləndirmə və irəliləmə şansı Necə müraciət etməli? CV-nizi və motivasiya məktubunuzu [email protected] ünvanına göndərin. Məktubun başlığında “Marketinq Rəhbəri” qeyd etməyi unutmayın.

Comments