
Edumap.az Təhsil Portalı
June 17, 2025 at 09:09 AM
Scandens Pharmaceutical Industries Ltd
🔬📢 Vakansiya: Kimya üzrə texnik
- Ünvan: Hökməli, Abşeron (Bakı-Şamaxı yolu 15-ci km)
- İş qrafiki: Bazar ertəsi-Cümə 09:00-18:00
- Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq müəyyənləşdiriləcək
- Nahar və Servis şirkət tərəfindən təmin olunur
🧑🧑🧒 Paşa Həyat ilə əməkdaşlara korporativ həyat sığortası imkanı
✅ Vəzifə öhdəlikləri:
• Laboratoriya avadanlıqlarının, sərfiyyat materiallarının və reagentlərin anbardan laboratoriyaya daşınması (sərfiyyat materiallarının və reagentlərin daşınması davamlı xarakter daşıyır);
• Laboratoriya materiallarının şkaf və çekməcələrə yerləşdirilməsi;
• Materialların və sənədlərin şöbələr arasında daşınması;
• Nümunə götürülməsindən sonra analiz nümunələrinin və saxlanacaq nümunələrin laboratoriyaya çatdırılması;
• Laboratoriya analitiklərinə məhlul hazırlanması kimi sadə tapşırıqlarda kömək etmək;
• Təlim alındıqdan sonra sadə laboratoriya avadanlıqlarının gündəlik yoxlamasını aparmaq;
• Laboratoriya materiallarını dövri olaraq saymaq və stok miqdarına nəzarət etmək;
• Xammal və qablaşdırma materiallarının nümunələnməsi zamanı nümunə götürmə texnikinə kömək etmək;
• Xammal və qablaşdırma materialı qutularını nümunə götürmə sahəsinə daşımaq;
• Qabların açılıb-bağlanmasında kömək etmək və nümunə götürmə otağının təmizliyini təmin etmək
• Bilik və bacarıqlarına uyğun olaraq rəhbərliyin verdiyi tapşırıqları yerinə yetirmək
✅ Tələb olunan bilik və bacarıqlar
• Orta-ixtisas / kolec təhsili (Tibb sahəsi üstünlükdür)
• Azərbaycan dili – sərbəst
• Dəqiqlik və məsuliyyət
• Komandada işləmə bacarığı
• Təhlükəsizlik və gigiyena qaydalarına əməl etmə
• Sadə laboratoriya cihazları ilə işləmək bacarığı
• Analiz və təhlil etmə bacarığı
• Detallara diqqət
📩 Namizədlər CV-lərini [email protected] mail ünvanına göndərə bilərlər. Uyğun görülən namizədlər müsahibəyə dəvət olunacaqlar.