Edumap.az Təhsil Portalı
Edumap.az Təhsil Portalı
June 17, 2025 at 02:09 PM
Elm və Təhsil Nazirliyinin tabe qurumunda hazırda aktiv olan vakansiyanı nəzərinizə çatdırıram. Vəzifə: Maliyyə üzrə mütəxəssis Son müraciət tarixi: 17.06.2025 Əsas tələblər: Təhsil: Maliyyə ixtisası üzrə ali təhsil (magistr dərəcəsi arzuolunandır) Təcrübə: Maliyyə sahəsində minimum 1 il staj Sertifikat: Peşəkar mühasib sertifikatı (minimum I səviyyə arzuolunandır) Kompüter bilikləri: MS Office proqramları, xüsusilə Excel üzrə yüksək səviyyədə bilik Dil biliyi: Tələb olunmur Nəzəri biliklər: Namizəddən aşağıdakı normativ sənədlər üzrə biliklərin olması arzuolunandır: Mühasibat uçotu haqqında AR Qanunu Büdcə sistemi haqqında AR Qanunu Vahid Büdcə Təsnifatı - NK-nın 11.10.2018-ci il tarixli 440 nömrəli qərarı AR Maliyyə Nazirliyinin Q-13 və Q-10 nömrəli Kollegiya qərarları İctimai sektor üçün mühasibat uçotu üzrə beynəlxalq standartlara dair qaydalar və digər müvafiq normativ aktlar Bilik və bacarıqlar: Analitik düşüncə və təhlil bacarığı Dəqiqlik və intizamlılıq Komanda ilə işləmək bacarığı Vəzifə öhdəlikləri: Rüblük və illik maliyyə hesabatlarının qəbulu, analitik təhlili və konsolidasiyası Rəhbərliyin verdiyi digər tapşırıqların icrası Qeyd: Vakansiya Dövlət qulluğu olmayan vəzifələr üçün nəzərdə tutulub. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Maliyyə üzrə mütəxəssis” yazaraq [email protected] e-poçt ünvanına göndərməkləri xahiş olunur. Peşəkar inkişaf imkanları ilə zəngin bir mühit sizi gözləyir!

Comments