Burhân
Burhân
May 31, 2025 at 02:18 PM
*ŞAFEİ MƏZHƏBİNDƏ QURBAN KƏSMƏYİN HÖKMÜ* SÜNNƏT: Hacc ibadətində olan və olmayan (şəxs) haqqında hər il qurban kəsmək müəkkəd (çox qüvvətli) bir sünnətdir. Qurban kəsməyin tələb olunması failin (qurban kəsən kimsənin) buna qadir olması ilə qeydlənmişdir. Qurban kəsməkdən aciz olan kimsədən bu ibadət tələb olunmaz. Qurban kəsmək müəkkəd (qüvvətli) olan bir sünnəti kifayədir. Hər nə qədər ev əhli bir neçə nəfər olsa da onlar üçün bir qurban (kəsmək) kifayət edir. Qurbanın sünnət olduğunun dəlili budur. Hz. Ənəsdən (r.a) rəvayət olunduğuna görə belə dedi: "Peyğəmbər (s.a.v) iki qoç qurban kəsərdi, mən də iki qoç qurban kəsirəm." [Buxari] Ummu Sələmə anamızın (r.anha) rəvayət etdiyi hədisdə belə deyir: Rasulullah (s.a.v): "(Zilhiccə ayının) on günü daxil olarsa və sizdən biriniz qurban kəsmək istəyərsə,saçından və dırnağından heç bir şeyə toxunmasın" buyurdu. [Müslim] Allah Rəsulunun "qurban kəsməyi istəyərsə" sözü qurban kəsməyin vacib deyil də sünnət olduğuna dəlildir. VACİB: Qurban kəsməyi nəzir edərsə və ya "bu mənim qurbanımdır" və ya da "Bunu qurbanlıq etdim" deməklə hər hansı bir heyvanı təyin edərsə, artıq onu bayram günü kəsmək vacib olar. Əgər təyin etmiş olduğu heyvan vaxtından öncə ölərsə, onun zimmətindən düşmüş olar və başqasını kəsməklə də mükəlləf tutulmaz. [Fiqhu'l-İbadət alə'l Məzhəbi'ş Şafiiyyi]

Comments