
Burhân
June 1, 2025 at 08:33 AM
*ŞAFEİLƏR ÜÇÜN QURBANLIQ HEYVANIN YAŞI*
Qurbanlıq heyvan əgər dəvədən olarsa, yaşının tam beş olması, əgər inəkdən və
ya keçidən olarsa, yaşlarının tam iki olması, əgər qoyundan olarsa, bir yaşı olub ikinci
yaşa keçməsi və ya ön (süd) dişlərini tökmüş olması şərt qoşulur. Çünki bəzən qoyun bir yaşına çatmadan öncə altı aydan sonra (süd) dişlərini tökə bilir. Hz. Cabir (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: "Bir yaşlı heyvandan başqasını kəsməyin! Yalnız gücünüz yetməsə, qoyundan (süd dişlərini tökmüş) bir quzu kəsin!" (Müslim /1963).
[Fiqhu'l-İbadət alə'l Məzhəbi'ş Şafiiyyi]