Burhân
Burhân
June 2, 2025 at 04:29 PM
_Şafei Məzhəbinə Görə_ *QURBANLIQ HEYVANIN XƏSTƏ OLMASI CAZİDİRMİ ?* _Qurbanlıq heyvanın az olsa belə qotur olmaması, hədsiz dərəcədə topal, çox zəif (iliyi getmiş), kor, bir gözü kor, heyvanın ətinə zərər edəcək şəkildə xəstə olmaması lazımdır. Bunun mənası budur ki, qurbanlıq heyvanın ayıblardan (qüsurlardan) uzaq olması vacibdir. Amma buynuzunun qırıq olması (tamamı getmiş olsa belə) zərər verməz. Bunun dəlili Bərra b. Azibin (r.a) rəvayət etdiyi hədisi şərifdir ki, belə deyir: Rasulullahın (s.a.v) belə dediyini eşitdim; "Qurbanlıqda dörd şeyə icazə verilməz: Korluğu açıq-aşkar bəlli olan kora. Xəstəliyi açıq-aşkar bəlli olan xəstəyə. Axsaqlığı açıq-aşkar bəlli olan axsağa. Sümüyündə iliyi olmayana.” [Nəsai, c: 7, s: 215]_ *[Fiqhu'l-İbadət alə'l Məzhəbi'ş Şafiiyyi]*

Comments