İslamda_aile
İslamda_aile
June 5, 2025 at 06:34 PM
☘ Qurban bayramı gününün əməlləri ☘ Zilhiccənin 10-cu günü – Qurban bayramı gününün əməlləri: 1. 👉  Qüsl almaq. 2. 👉 Qurban bayramının namazını qılmaq. 3. 👉 "Səhifeyi-Səccadiyə" dua kitabının 48-ci duasını (Qurban bayramı və cümə gününün duası)  oxumaq. 4. 👉 “Nüdbə” duasını oxumaq. 5. 👉 İmam Hüseynin (ə) Qurban bayramına məxsus ziyarətnaməsini oxumaq. 6. 👉 Qurban kəsmək. 7. 👉 Qurban bayramı gününün zöhr namazından etibarən zilhiccə ayının 12-ci gününün sübh namazına kimi 10 namazın sonunda aşağıdakı təkbiri söyləmək böyük savaba malikdir: 🌺  «Allahu əkbər, Allahu əkbər, lə iləhə illəllah, vallahu əkbər, Allahu əkbər və lilləhil-həmd. Allahu əkbəru əla mə hədənə. Allahu əkbəru əla mə razəqnə min bəhimətil-ən’am. Vəlhəmdu lilləhi mə əblənə». 🌺 Tərcüməsi: «Allah hər şeydən ucadır, Allah hər şeydən ucadır, Allahdan başqa məbud yoxdur və Allah hər şeydən ucadır, Allah hər şeydən ucadır və həmd Allaha məxsusdur. Bizə verdiklərinə görə, ev heyvanlarından bizə ruzi yetirən Allah hər şeydən ucadır. Bizi sınağa çəkdiyinə görə Allaha həmd olsun». http://telegram.me/islamda_aile
❤️ 1

Comments