Kapaz PFC
Kapaz PFC
June 18, 2025 at 03:22 PM
“Kəpəz” ilə “Panatinaikos” rəsmiləri görüşüblər 🤝 “Kəpəz” və Yunanıstanın “Panatinaikos” klublarının rəsmiləri arasında görüş keçirilib. Afinada təşkil olunan görüşdə klubumuzun İdarə Heyətinin üzvü, idman məsələləri üzrə müşavir Erkin İbrahimov ilə “Panatinaikos”un strategiya məsləhətçisi Takis Fissas iştirak edib. Görüşdə tərəflər arasında gələcəkdə məşqçilər, böyüklərdən və aşağı yaş qruplarından ibarət komandaların üzvlərinin təcrübələrinin artırılması istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd edək ki, Yunanıstan millisinin sabiq üzvü Takis Fissas komandası ilə birgə AVRO-2004-ün qalibi olub.
Image from Kapaz PFC: “Kəpəz” ilə “Panatinaikos” rəsmiləri görüşüblər 🤝  “Kəpəz” və Yunanıs...
❤️ 👍 😮 🙏 15

Comments