
Oyunun Tempi | Futbol Yayımları
June 17, 2025 at 06:49 AM
*🚫🏆🇪🇸 FIFA Barcelona-nın Klublararası Dünya Çempionatına qatılma istəyinə rədd cavabı verib.*
Marca-nın xəbərinə görə, mart ayında FIFA Apellyasiya Komitəsi Leon klubunun Klublararası Dünya Çempionatına qatılmasına qadağa qoyub. Səbəb isə Meksika təmsilçisinin Pachuca ilə eyni sahiblərə məxsus olmasıdır ki, bu da qaydalara ziddir. Bu qərardan sonra Barcelona boş qalan yer üçün FIFA-ya rəsmi müraciət edib, lakin müraciət qəbul edilməyib, çünki artıq Real Madrid və Atletico Madrid turnirdə iştirak haqqı qazanıb və qaydalara əsasən bir ölkədən yalnız iki klub yarışa bilər. Leon-un əvəzinə MLS təmsilçisi Los Angeles FC iştirak edir.

😂
😢
❤️
👍
❤
🇦🇿
🪧
35