AzVak.az
AzVak.az
June 20, 2025 at 07:23 AM
*İcraçı direktor köməkçisi tələb olunur* İşəgötürən: Samuray Firması Tələblər: İqtisadiyyat, Kimya Mühəndisliyi, Menecment və ya əlaqədar sahə üzrə ali təhsil Polimer və ya plastik istehsalı sahəsində minimum 5 illik rəhbər vəzifə təcrübəsi İstehsalat prosesləri, texnoloji xəttlər və keyfiyyət standartları üzrə biliklər Liderlik, analitik düşüncə və idarəetmə bacarığı Komanda ilə effektiv işləmək bacarığı MS Office və istehsalat proqramlarında təcrübə Azərbaycan dilində sərbəst, rus və ya ingilis dili bilikləri üstünlükdür Əsas vəzifələr: Polimer istehsalı müəssisəsinin gündəlik fəaliyyətinin effektiv idarə olunması İstehsal planlarının hazırlanması və icrasına nəzarət Müəssisədaxili struktur bölmələrin fəaliyyətinin koordinasiyası Keyfiyyət, təhlükəsizlik və texniki standartlara riayət olunmasının təmin edilməsi Resursların (xammal, əmək, texnika) optimal idarə olunması Yeni layihələrin təşkili və strateji inkişaf planlarının həyata keçirilməsi İdarə heyəti və sahə rəhbərləri ilə birgə qərarların hazırlanması Mühasibat, hüquq, kadr və texniki komandalarla sıx əməkdaşlıq Əmək şəraiti: - Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq rəsmi sənədləşmə; - Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq; - İş qrafiki: 6 günlük (09:00 - 18:00); - Nahar fasiləsi: 13:00-14:00, müəssisə tərəfindən təmin olunur; - Ünvan: Sumqayıt şəhəri, Metallurq küçəsi 1. Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə " İCRAÇI DİREKTOR” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
🫟 1

Comments