AzVak.az
AzVak.az
June 20, 2025 at 07:41 AM
*Mühəndis-Mexanik tələb olunur* İşəgötürən: Samuray Firması Tələblər: Ali texniki təhsil (Mexanika, Maşın mühəndisliyi, Avtomatlaşdırma və s.); Polimer, plastik və ya sənaye istehsalı sahəsində mühəndis mexanik vəzifəsində azı 3 il iş təcrübəsi; Avadanlıq və dəzgahların quruluşu, iş prinsipi və texniki göstəriciləri barədə biliklər; Texniki rəsmlərlə işləmə bacarığı; Komandada işləmə və operativ qərarvermə bacarığı; MS Office və texniki proqram təminatlarında işləmə bacarığı Vəzifə Öhdəlikləri: Polimer istehsalında istifadə olunan avadanlıqların texniki vəziyyətinə nəzarət etmək; Avadanlıqların düzgün işləməsini təmin etmək üçün planlı texniki baxış və təmir işlərini təşkil və nəzarət etmək; Qəfil nasazlıqların aradan qaldırılması üçün təmir prosesinə birbaşa rəhbərlik etmək; Enerji, pnevmatik və hidravlik sistemlərin iş prinsipini bilməli və həmin sistemlərdə nasazlıq olduqda diaqnostika və aradan qaldırılması prosesini aparmaq; İstehsalat xəttinin dayanmaması üçün ehtiyat hissələrinin vaxtında təmin olunmasına nəzarət etmək; Yeni avadanlıqların quraşdırılması və istismara verilməsində iştirak etmək; İş təhlükəsizliyi və texniki təhlükəsizlik qaydalarına uyğun fəaliyyət göstərmək. Üstünlüklər: Ekstruziya, inyeksiya qəlibləmə və ya film üfürmə texnologiyaları ilə işləmə təcrübəsi; TPM (Total Productive Maintenance) və Lean Manufacturing anlayışlarına bələdlik. Əmək şəraiti: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq rəsmi sənədləşmə; Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq; İş qrafiki: 6 günlük (09:00 - 18:00); Nahar fasiləsi: 13:00-14:00, müəssisə tərəfindən təmin olunur; Ünvan: Sumqayıt şəhəri, Metallurq küçəsi 1. *Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə " Mühəndis-Mexanik” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.*
🫟 3

Comments