AzVak.az
AzVak.az
June 20, 2025 at 08:21 AM
*Əmək haqqı üzrə mühasib tələb olunur* İşəgötürən: Samuray Firması Tələblər: Yaş həddi : 30 - 45; Cins : Kişi; Dil bilikləri: Azərbaycan dili səlist, Rus və İngilis dili biliyi arzuolunandır; Kompüter bilikləri: MS Office, 1C mühasibatlıq proqramından istifadə bacarıqları; Ali təhsil (maliyyə və mühasibatlıq sahələri üzrə); Müvafiq sahə üzrə azı 5 il iş təcrübəsi; Azərbaycan Respublikasının Əmək Məcəlləsini, maliyyə və mühasibatlıq ilə bağlı yerli qanunvericiliyi yüksək səviyyədə bilmək; Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli; Vəzifə öhdəlikləri: Şirkət əməkdaşlarının aylıq əmək haqqlarının hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi; Əmək haqqının verilmə dövrünə uyğun olaraq əmək haqqına dair məlumatların vaxtında və düzgün şəkildə müvafiq proqrama daxil olunmasının təmin edilməsi; Son haqq-hesab, bütün növ məzuniyyətlərin, xəstəlik vərəqələrinin, mükafat və s. ödənişlərin hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi; Daxili və xarici ezamiyyələrin hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi; DSMF tərəfindən ödənişlərin vaxtında həyata keçirilmə məqsədi ilə elektron portalda xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin, birdəfəlik ödənişlərin rəsmləşdirilməsi; Əmək haqqına dair sorğu və sualların cavablandırılması; Əmək haqqı ilə bağlı vergi, DSMF və statistik orqanlara təqdim olunan hesabatların hazırlanması; Əmək haqqı ilə bağlı digər əməliyyatların yerinə yetirilməsi və sənədləşmənin aparılması. İş şəraiti: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq rəsmi sənədləşmə; İş qrafiki: 6 günlük; Əmək haqqı : Razılaşma yolu ilə Nahar şirkət tərəfindən təmin olunur. Ünvan: Sumqayıt şəhəri, Metallurq küçəsi 1. *Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə " Əmək haqqı üzrə mühasib” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.*
👍 🤮 2

Comments