
AzVak.az
June 20, 2025 at 08:36 AM
*İSTEHSALAT MÜDİRİ tələb olunur*
İşəgötürən: Samuray Firması
Vəzifənin Təsviri:
İstehsalata Müdir müəssisədə istehsal proseslərinin düzgün və fasiləsiz həyata keçirilməsinə rəhbərlik edir. O, işçi heyətinə nəzarət edir, istehsalat planlarının yerinə yetirilməsini təşkil edir və məhsuldarlığın artırılması üçün tədbirlər görür.
Tələblər:
Ali texniki və ya mühəndislik təhsili ( kimya, sənaye mühəndisliyi və s.)
İstehsalat və ya sənaye sahəsində minimum 5 il iş təcrübəsi (rəhbər vəzifədə üstünlük verilir)
Polimer (polietilen), plastik və ya oxşar sahədə iş təcrübəsi arzuolunandır
Güclü idarəetmə, təşkilati və liderlik bacarıqları
İşçilərlə effektiv ünsiyyət və komanda işinə nəzarət qabiliyyəti
Analitik düşüncə və operativ qərarvermə bacarığı
Microsoft Office proqramlarında (xüsusilə Word, Excel və PowerPoint) sərbəst işləmək bacarığı
Əsas Vəzifələr:
Polimer sahəsinin ümumi idarə olunması və istehsalat planlarının icrasına nəzarət
Gündəlik, həftəlik və aylıq istehsalat hədəflərinin müəyyən olunması və yerinə yetirilməsi
İşçi heyətinə rəhbərlik etmək, iş bölgüsünü düzgün təşkil etmək
Avadanlıqların düzgün və təhlükəsiz işləməsinə nəzarət
İstehsalat prosesində keyfiyyətə və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək
Məhsuldarlığın artırılması üçün təkliflərin verilməsi və proseslərin təkmilləşdirilməsi
İstehsalatla bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
Yeni işçilərin işlə təlimatlandırılması.
İş qrafikinin tutulması
Əmək şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq rəsmi sənədləşmə;
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq;
İş qrafiki: 6 günlük (09:00 - 18:00);
Nahar fasiləsi: 13:00-14:00, müəssisə tərəfindən təmin olunur;
- Ünvan: Sumqayıt şəhəri, Metallurq küçəsi 1.
*Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə " İSTEHSALAT MÜDÜRÜ” yaaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.*
⬜
1