
AzVak.az
June 20, 2025 at 08:59 AM
*İşə qəbul üzrə mütəxəssis tələb olunur*
İşəgötürən6 Samuray Firması
Sumqayıt şəhəri ərazisində yaşayan namizədlərə üstünlük veriləcəkdir.
Tələblər:
Cins : Kişi;
Təhsil : Ali təhsil (İnsan Resursları, İdarəetmə, Sosial Elmlər və Psixologiya və digər əlaqəli sahələr);
İş təcrübəsi : müvafiq sahədə minimum 5 (beş) il;
Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili, İngilis dili arzuolunandır.
Komandada işləmək bacarığı;
Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
Məsuliyyətli, gülərüz, aktiv, səliqəli olmalı;
Vəzifə öhdəlikləri:
Namizədlərlə müsahibələr aparmaq;
Gələcək təhlillər üçün müsahibə nəticələrinin sənədləşdirilməsi (qəbul/rədd/gözləmə və s.);
Ştat cədvəlinin və daxili intizam qaydalarının tərtib edilməsi;
İşçilərə vəzifə təlimatının izah olunması;
Gündəlik hesabatların hazırlanması.
İşçi ehtiyaclarının müəyyən edilməsi;
Vakansiyalar üzrə müvafiq elanlarının hazırlanması və operativ şəkildə yerləşdirilməsi;
CV-lərin vakansiyalar üzrə dəyərləndirilməsi;
İşə qəbul planına uyğun olaraq namizədlərin cəlb edilməsi;
Namizədlərin sorğularının cavablandırılması;
Müsahibə prosesinin təşkili və aparılması;
Seçim və adaptasiya proseslərinin koordinasiyası;
Müxtəlif kanallar vasitəsilə potensial namizədlərin müəyyənləşdirilməsi və araşdırılması;
İşə qəbul prosesinə dəstək;
CV bazasının formalaşdırılması və mütəmadi olaraq yenilənməsi;
İşə qəbul prosesinə aid aylıq hesabatların hazırlanması;
Şirkətin işə qəbul siyasətinə riayət olunması;
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq rəsmi sənədləşmə;
İş qrafiki: 6 günlük;
Əmək haqqı : Razılaşma yolu ilə
Nahar şirkət tərəfindən təmin olunur.
Ünvan: Sumqayıt şəhəri, Metallurq küçəsi 1.
*Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “İşə qəbul üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.*
🤮
👍
👏
🦶
10