
İnvestisiya: birja və forex
May 26, 2025 at 08:06 AM
⛩🇯🇵🍚Yaponiya artan qiymətləri yarıbayarı azaltmaq məqsədilə düyü ehtiyatlarını satışa çıxaracaq
🌾Yaponiyanın kənd təsərrüfatı naziri artan qiymətlər və yaxınlaşan seçkilər fonunda xərcləri azaltmaq məqsədilə 300 min ton düyünü sabit qiymətlə — 60 kiloqram üçün təxminən 10 min yenə — bazara çıxarmağı planlaşdırır.
🔥Son bir ildə düyü qiymətləri iki dəfə artıb, təkcə ötən ay isə 98,4% bahalaşaraq 1970-ci illərdən bəri ən yüksək səviyyəyə çatıb. Bundan əvvəl də ehtiyatlardan 200 min ton düyü ayrılmışdı, lakin bunun cəmi 11%-i mağazalara çatdırılıb. Təchizatı sürətləndirmək üçün nazir 500 nəfərlik xüsusi komanda yaradıb.
📰Bloomberg
