
İnvestisiya: birja və forex
June 13, 2025 at 12:12 PM
🛢Yaxın Şərqdə dəniz yolları üzrə risklər artır — bu bölgə qlobal neft ticarəti üçün həyati əhəmiyyət daşıyır.
Bloomberg yazır.
•Nippon Yusen, Mitsui OSK və Kawasaki Kisen şirkətləri gəmiləri ehtiyatlı olmağa çağırıblar. Hərbi risklərin fonunda Cosco və China Merchants kimi gəmiçilik şirkətlərinin səhmləri artmaqdadır.
•Gəmi sahibləri Fars körfəzindəki adi marşrutlardan yayınmağa başlayıblar.
•Dünyada neft ticarətinin dörddəbirinin keçdiyi Hörmüz boğazı və Qırmızı dəniz xüsusi diqqət mərkəzindədir.
•Əgər İran Hörmüz boğazını bağlasa, bu enerji bazarına “NƏHƏNG” təsir göstərəcək.
•Analitiklər neft qiymətlərində 20 dollar və daha çox artım proqnozlaşdırırlar.
•Ticarət gəmilərinə regiondan uzaq durmaq və təhlükəsizlik tədbirlərini gücləndirmək tövsiyə olunur.
