
İnvestisiya: birja və forex
June 18, 2025 at 01:52 PM
🇨🇳Çin niyə texnologiyalarını pulsuz paylayır?
⚡️ Çin qlobal open-source (açıq mənbə) icmasına fəal şəkildə inteqrasiya olunur. GitHub platformasında ABŞ və Hindistandan sonra ən çox çinli proqramçı qeydiyyatdadır.
Huawei, Alibaba və digər texnologiya nəhəngləri ABŞ sanksiyalarından sonra açıq süni intellekt modellərinə böyük investisiyalar yatırırlar. Açıq mənbə texnologiyaları Çin üçün həm innovasiyanı sürətləndirməyə, həm də Qərbdən asılılığı azaltmağa vasitədir.
Lakin bu model avtoritar idarəetmə ilə ziddiyyət təşkil edir:
– GitHub-a çıxış əvvəllər məhdudlaşdırılıb,
– Kodlar üzərində nəzarət və senzura tətbiq olunur,
– “Sosial cəhətdən təhlükəli” sayılan AI* məzmunları qadağan edilir.
▫️Dövlət açıq texnologiyaları dəstəkləsə də, risklər qalır:
– hökumət təzyiqləri,
– xarici istifadəçilərin narahatlıqları,
– ABŞ tərəfindən mümkün yeni məhdudiyyətlər.
📌 Azadlıq və açıqlıq olmadan texnoloji inkişaf yavaşlaya bilər.
📰The Economist (https://www.economist.com/business/2025/06/17/why-china-is-giving-away-its-tech-for-free)