
Naxçıvan MR Səhiyyə Nazirliyi
May 23, 2025 at 01:31 PM
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov Kəngərli Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaş qəbulu keçirib. Qəbuldan əvvəl Samiq Sadıxov və Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov ümummilli lider Heydər Əliyevin büstü önünə gül qoyaraq xatirəsini yad ediblər.
Qəbulda Səhiyyə Nazirliyinin müvafiq nümayəndələri də iştirak ediblər. Müraciətlər əsasən tibbi xidmət, dərman təminatı, əlillik və işlə təminatla bağlı olub.
Nazir vətəndaşların müraciətlərini dinləyərək həll üçün aidiyyəti üzrə tapşırıqlar verib. Bəzi məsələlər müvafiq qurumlara yönləndirilib.
#səhiyyə #naxçıvan #kəngərli #vətəndaşqəbulu #səhi̇yyənazi̇rli̇yi̇

👍
❤️
11