
Naxçıvan MR Səhiyyə Nazirliyi
June 17, 2025 at 04:24 PM
Naxçıvanda Tibb İşçilərinin Peşə Bayramı münasibətilə tədbir keçirilib
17 iyun – Tibb İşçilərinin Peşə Bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasında tədbir təşkil olunub.
Tədbirdən əvvəl Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov, nazirliyin əməkdaşları, tibb müəssisələrinin rəhbərləri və baş həkimlər ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər, onun xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra iştirakçılar Heydər Əliyev Muzeyinə baxış keçirib, ümummilli liderin zəngin irsi, dövlətçilik fəaliyyəti və Naxçıvanda həyata keçirdiyi mühüm islahatlarla bağlı eksponatlarla tanış olublar.

👍
❤️
7