
Aaaaaviasales.az
June 9, 2025 at 12:33 PM
🇹🇷Likiya yolu:
90-cı illərin sonunda həvəskar tarixçi və səyyah Keyt Klou və bir neçə könüllü qədim likiyalıların izi ilə gedərək, unikal haykinq və trekinq marşrutunun əsasını qoyurlar. Bu cığır qədim Likiya şəhərlərindən, Roma xarabalıqlarından və səs-küydən uzaq kəndlərdən keçir.
🏞️ Uzunluğu: 500 km-dən çox. Başdan-başa gəzmək üçün 29 gün lazımdır, adətən yolçular marşrutu hissəli keçirlər.
👀 Sizi nə gözləyir?
• Egey və Aralıq dənizlərinə möhtəşəm mənzərələr,
• Sıx meşələr və adaçayının təkrarsız ətri,
• Su altında qalmış şəhərlər (bəli, üzürsən və bir də dərinlikdə qədim şəhərin xarabalıqlarını görürsən),
• Kiçik kəndlər – səhər yeməyinə gözləmə, axşama isə yerli mətbəxin ləzzətli təamları, yaxud konservlər.
🗺️ Yol
Yol üç hissəyə bölünür: qərb, mərkəz və şərq. Ən məşhuru qərb hissəsidir. Orta hesabla: gündə 15–25 km yol. Bəzi yerlərdə 200–300 lirəyə (~ 9-13 AZN) kampinqdə qalmaq olar, amma çox vaxt ulduzların altında meşədə gecələyirsən.
🍽Yemək və su
Yolda kifayət qədər market və kafelər var. 1-2 günlük ehtiyatla yola davam etmək olar. Su isə bulaqdan, çaydan, məscid həyətlərindən doldurulur. Əsas odur ki, gün ərzində 1-2 litr su içəsən.
✈️Necə çatmaq olar?
Əvvəlcə Bakıdan Antalyaya uçursunuz (~170 AZN), oradan avtobusla Fethiyeyə gedirsiniz (təxminən 30 AZN) və daha sonra Ovacık adlı kəndə çatırsınız (~2 AZN) – yolunuz məhz buradan başlayır.
👍
👩✈️
👽
3